BDU tələbələri ilk yardım üsulları barədə maarifləndirilib

BDU tələbələri ilk yardım üsulları barədə maarifləndirilib Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Həyata dəstək” layihəsi çərçivəsində ilk yardım üzrə maarifləndirici təlim keçirilib.

ÖTMA-nın İdarə Heyətinin sədri Günel Əliyeva layihə barədə tələbələrə məlumat verib. Layihənin ali və orta ixtisas təhsili müəssisələrində təcili vəziyyətlərdə operativ və düzgün reaksiya verə biləcək, ilkin yardım biliklərinə sahib, savadlı və hazırlıqlı cəmiyyətin formalaşdırılmasına xidmət etdiyini deyib.

Təlimdə tələbələrə ilkin yardımın təməl prinsipləri, qəfil ürək dayanması zamanı tətbiq olunan kardiyopulmoner resüsitasiya (CPR - insan həyatının ən kritik anlarında tətbiq olunan və çox vaxt ölüm ilə həyat arasında körpü rolunu oynayan ilk yardım texnikası) üsulları, boğulma, yanıq və yaralanma kimi hallar zamanı düzgün müdaxilə qaydaları praktiki şəkildə öyrədilib.

Tehsil-press.az

Oxşar xəbərlər