Bakı 1 nömrəli Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən ”Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin növbəti təlimləri keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilən təlimlərdə tibb kollecinin tələbələri iştirak ediblər.
Layihənin rəhbəri Şəhla Mirzəzadə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunması, onların arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti barədə məlumat verib.
Təlimin aparıldığı iki gün ərzində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması, eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sessiyaları təşkil olunub.
Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən bəhs edib və səhiyyədə könüllülüklə bağlı öz təcrübəsini bölüşüb.
Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallara cavablar verilib, layihə çərçivəsində çap edilmiş maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.
Tehsil-press.az