Bakı Dövlət Universitetində (BDU) “SABAH” qruplarının təşkilatçılığı ilə “GoldenPay” şirkəti tərəfindən təlim keçirilib. Təlimin məqsədi tələbələri praktiki biliklərə yiyələndirmək, gələcək karyeralarında inkişaf etmələri üçün təkan vermək, intellektual potensiallarından düzgün yöndə istifadə etməyin yollarını aşılamaq olub.
“GoldenPay” şirkətinin idarə heyətinin üzvü, məhsulların inkişafı və marketinq üzrə direktoru Tuğba Uçar marketinqin kommunikasiya sistemindən danışıb. O, tələbələrə marketinqin kommunikasiya sistemi tələbatının formalaşması, satışın artırılması üsulları və metodları barədə məlumat verib. Həmçinin məqsəd auditoriyasının düzgün seçilməsinin vacibliyindən bəhs edib.
Daha sonra “GoldenPay” şirkətinin layihə rəhbəri Fəxri Hüseynov startap və layihələrin idarə edilməsi haqqında məlumat verib. O, layihələrin idarəolunması sisteminin düzgün qurulmasının əhəmiyyətindən, startap ideyalarının kreativ olmasının zəruriliyindən söz açıb.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

BDU-nun Mətbuat Xidməti