AzMİU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb

AzMİU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin icrasına başlanılıb.
Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim heyətinin iştirakı ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli qiymətləndirmə sistemləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə fondun icraçı direktoru Orxan Naqdiyev layihənin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə ətraflı məlumat verib.
Universitetin kafedra müdiri professor Nurməmməd Məmmədov çıxışında ali təhsilin dünya təhsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışıb.
Keyfiyyətə nəzarət mərkəzinin direktor müavini, İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Könül Ağayeva isə dünya və Avropa təhsil məkanında təhsil müəssisələrində tətbiq edilən innovativ qiymətləndirmə meyarları və metodları, müasir təhsil texnologiyalarının və İKT-nin tətbiqi ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üsulları kimi məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər