TƏCİLİ: Yeni ildə əfv olacaq...

TƏCİLİ: Yeni ildə əfv olacaq... Yeni ilin yaxınlaşması ilə əfv sərəncamının imzalanıb-imzalanmayacağı yenidən ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Maraqlıdır, Yeni il ərəfəsində əfv gözlənilirmi?

Məsələyə münasibət bildirən tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında ümidli olduqlarını deyib.

Onun sözlərinə görə, bu il də əfv gözləntiləri xeyli yüksəkdir:

“Gözləyirik! Həmişəki kimi çox ümidimiz var! Çünki Əfv Komissiyası bir il boyu işləyib. Bu gün qarışıq dünyada bizim hamımızın bir yerdə olmağı vacibdir!” – deyə hüquq müdafiəçisi bildirib.

Novella Cəfəroğlu İsraildə yaşayan övladlarının durumundan danışdı - Gündə dörd dəfə zəng edirlər

Cəfəroğlu qeyd edib ki, komissiyanın fəaliyyəti və müraciətlərin qiymətləndirilməsi prosesinin intensivliyi əfv sərəncamının imzalanacağına dair gözləntiləri artırır.

Tehsil-press.az


Oxşar xəbərlər