Yeni vəzifəyə seçilən Kamran Əsədovdan AÇIQLAMA

Yeni vəzifəyə seçilən Kamran Əsədovdan AÇIQLAMA Dünən mətbuatda yayılan məlumata görə, tanınmış təhsil eksperti Kamran Əsədov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin yeni sədri seçilib. Elm və Təhsil Nazirliyi belə bir seçkinin olduğunu təsdiqləməsə də, K.Əsədov yeni vəzifəsi ilə bağlı ona etdiyimiz təbrikləri qəbul edib.

O, noyabrın 27-də seçki keçirildiyini və səs çoxluğu ilə sədr seçildiyini bildirib.

Bəs maraqlıdır, yeni vəzifəyə seçilən Kamran Əsədov təhsil eksperti kimi mətbuata açıqlamalar verəcəkmi? O, Redaktor.az-ın bu sualına cavab olaraq bildirdi ki, mətbuata açıqlamaları davam edəcək:

"Əlbəttə ki, açıqlamalar yenə olacaq. Nə zaman lazım olsa, buyurun".

Qeyd edək ki, Kamran Əsədov öz feysbuk hesabında da iş yeri olaraq yeni vəzifəsini təsdiqləyib.

Tehsil-press.az

Oxşar xəbərlər