Bu ölkələr sərhədlərini açdı

Bu ölkələr sərhədlərini açdı Özbəkistan 2021-ci ildən bəri ilk dəfə Əfqanıstanla sərhədini açıb.

Bundan sonra hər iki ölkənin vətəndaşları ölkələr arasında Termez-Hayraton körpüsündən keçə bilərlər. Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının məlumatına görə, viza tələbləri qüvvədə qalır.

Bundan əlavə, özbək sahibkarlarına Əfqanıstan bazarına daxil olmaq üçün bir sıra şərtlər təklif olunur:

▪️Hayratan və Məzari-Şərifdə anbar icarəsi xərclərinin tam ödənilməsi;

▪️Əfqanıstanın 34 əyalətində reklam xərclərinin tam ödənilməsi.

Tehsil-press.az

Oxşar xəbərlər