Abşeron rayonunda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
Tehsil-press.az xəbər verir ki, 5 yaşlı uşaq Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən yerə yıxılaraq ölüb.
Hadisə "Absheron City" yaşayış kompleksinin ərazisində baş verib. Ərazidəki binalardan birinin birinci mərtəbəsinə qonaq gələn ailənin 5 yaşlı uşağı – Əsədova Məryəm Vüsal qızı nəzarətsiz qalaraq 7-ci mərtəbəyə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tehsil-press.az