İranda xeyli insanın yaralanması ilə nəticələnən partlayış törədilib.
İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yoldakı yürüş zamanı ardıcıl iki partlayış baş verib. İlkin məlumata görə, 15 nəfər xəsarət alıb.
“Tasnim”in yaydığı məlumatda isə 30 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, bu gün İranın müxtəlif ərazilərində Qasım Süleymaninin öldürülməsinin ildönümü qeyd olunur.
Q. Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.
***
Partlayış nəticəsində azı 20 nəfər həlak olub.
***
Son məlumatlara görə, ölənlərin sayı 50 nəfərə çatıb.
***
Ölənlərin sayı 73-ə yüksəlib.
***
Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə yüksəlib, 211 yaralının olduğu bildirilir.
Tehsil-press.az