Azərbaycan Turizm və Menecment Universitetində əmək yarmarkası təşkil edilib

Azərbaycan Turizm və Menecment Universitetində əmək yarmarkası təşkil edilib Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı regional məşğulluq filialı ilə birgə əmək yarmarkası keçirilib.
Tədbirdə rektor İlham Mədətov və filialın müdiri Müseyib Əliyev çıxış edərək əmək bazarının tələbləri və çağırışları barədə fikirlərini bölüşüblər.
Əmək yarmarkasında 30-a yaxın müəssisə tərəfindən nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş 300-dən çox vakansiya işaxtaran vətəndaşlara təqdim olunub.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub. Əlavə olaraq, tədbir iştirakçılarına agentliyin fəaliyyət istiqamətləri və xidmətlərindən olan peşə hazırlığı kursları, peşəyönümü məsləhətlər və işəgötürənlərə maraqlı olan layihələr və digər aktiv məşğulluq tədbirləri barədə ətraflı məlumat verilib, həmçinin müvafiq xidmət göstərilib.

Tehsil-press.az


Oxşar xəbərlər