Azərbaycanlı alim Rusiya Təhsil Akademiyasının müxbir üzvü seçilib

Azərbaycanlı alim Rusiya Təhsil Akademiyasının müxbir üzvü seçilib Moskvada keçirilən Rusiya Təhsil Akademiyasının 80 illik yubiley tədbirində sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov həmin akademiyanın müxbir üzvü seçilib.
2006-2021-ci illərdə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru işləmiş professor Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlıdır. O, eyni zamanda, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Humanitar Elmlər Akademiyasının üzvüdür.
Vaqif Bayramov 2013-cü ildə II dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni, 2017-ci ildə isə Azərbaycanla Rusiya arasında təhsil əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər