Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.Bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin X hesabında məlumat verilib.
“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayraqlarının rəngi ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”, - səfirlik qeyd edib.
Tehsil-press.az










