FHN qanvermə aksiyası keçirdi - Video

FHN qanvermə aksiyası keçirdi - Video Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

“Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri və regionlarda yerləşən qurumlarında təşkil olunan qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib.

Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.



Tehsil-press.az

Oxşar xəbərlər