Deyirlər, tarix o zaman obyektiv olur ki, ona və dövrdəki proseslərə həm də böyük tarixi şəxsiyyətlər faktoru prizmasından baxasan. Biz Azərbaycan tarixinə 40 ildən çoxdur ki, Heydər Əliyev şəxsiyyəti prizmasından baxırıq. Bu həm də onunla əlaqədardır ki, 1969-cu ildən başlayaraq bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik edib, respublikanın suverenlik qazanması prosesinə qədər keçdiyi tarixi bir mərhələ də məhz onun adı ilə bağlıdır və müstəqil illərində də Azərbaycan dövlətçiliyinin qurucusu və xilaskarı kimi tanınıb.
Müxtəlif xalqların tarixində tərəqqi və tənəzzül dövrləri olub. Yüksəliş dövrləri də millətin, xalqın liderləri ilə bağlıdır. Amma tənəzzül dövrü, ölüm-dirim savaşı, olum və ya ölüm məsələsinin olduğu vaxtlarda xalqlar öz liderlərini axtarır, böyük şəxsiyyətlərinin dühasına arxalanırlar.
Qardaş Türkiyə ötən yüzilliyin 20-ci illərində belə seçim qarşısında qalmışdı. Onda xalq böyük Mustafa Kamal Atatürkün dühasına üz tutdu. Millət atası xalqın etimadına, inamına arxalanaraq Türkiyəni dağılmaqdan, məhv olmaqdan xilas etdi... Böyük şəxsiyyət Heydər Əliyev də Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətçiliyi xilas, millətin gələcəyini təmin etmişdir.
Tarix və Zaman Heydər Əliyev kimi dühanın çiyninə yeni missiya qoymuşdu. Bu missiyanın adı xalqın xilası və tərəqqisinə nail olmaq idi. Yenidən hakimiyyətə qayıdışın mahiyyəti xalqı xaosdan, parçalanmaq təhlükəsindən xilas etmək idi. O, bu böyük qayıdışla Azərbaycanda tarixi missiyasını uğurla yerinə yetirdi.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması Heydər
Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən bu transmilli layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi, siyasi iradəsi sayəsində reallaşdırmaq mümkün olub.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qə bul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi elan etdi və insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.
Heydər Əliyev bütün varlğı ilə sevdiyi Azərbaycann suverenliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləti cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni əsl müstəqil Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir. Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zaman dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıqideyas ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə onlarn mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.
Ulu öndərin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaq və qalib gələcəkdir. O, bütün mənalı ömrünü yalnız Azərbaycanın istiqlalı, müstəqilliyinin əbədiliyi, xalqının firavan həyatının bərqərar olmasına sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlığını qaznması uğrunda gərgin mübarizə aparmışdır. “Haqq tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin həyat devizi, amalı olmuşdur.
Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız, ölkəmizin hərtərəfli inkişafı məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətini qurdu, ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. O, Azərbaycan dövlətinə, bu məmləktə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran içində boğulan, tənəzzüldə olan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi.
Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində yerləşdiyi bölgədə söz sahibi olan ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edir.
Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub. ABŞ başda olmaqla terrorçuluğa qarş yaradılmış koalisiyanın fəal üzvüdür. Ulu öndərimiz Heydər Əliyev təməlini yaratdığı möhkəm iqtisadi-siyasi bazaya əsaslanaraq tam arxayınlıqla deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.
Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi haldisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hrəkət etməyi bacarırdı. Sarsılmaz məntiq üzərində qurulan, qeyri-adi dərəcədə böyük təsir gücünə malik olan məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsi idi.
Sevindirici haldır ki, onun müəyyən etdiyi strateji inkişaf kursu bu gün inamladavam edir. Bütün ömrünü, həyatını xalqına həsr etmiş bu müdrik insanın ideyaları indi onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən reallaşır.

Anar Mayılov,
Bakı Qida Sənayesi Kollecinin direktoru
Bakı Qida Sənayesi Kollecinin direktoru