Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilirməsi ilə başlanan tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Azərbaycan xalqının ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımızın azadlığa qovuşduğunu qeyd edən dosent V.Əskərov Xocalıda soyqırıma məruz qalan soydaşlarımızın qisasının döyüş meydanında alındığını və bu gün Xocalıda Azərbaycan bayrağının qürurla dalğalandığını deyib.
ADNSU-nun Humanitar fənlər kafedrasının professoru İradə Nuruyeva tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən törədilən cinayətlərdən və Xocalı soyqırımının səbəb və nəticələrindən danışıb. Xocalıda dinc sakinlərə qarşı törədilmiş soyqırımın bütün dünyada insanlığa qarşı cinayət olduğunu bildirən İ.Nuruyeva deyib ki, Xocalıda törədilən qətliamdan 32 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu qanlı tarixi heç vaxt unutmayacaq və hər zaman yaddaşlarda qalacaq.
Tehsil-press.az