Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda Xocalı faciəsinin 30 illiyinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Xocalı soyqırımının Azərbaycan tarixinə və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu vurğulayıb.
Sonra institutun Sənədlərlə iş şöbəsinin müdiri, Qadınlar Şurasının sədri Əsmər Məmmədova Xocalıda erməni təcavüzkarları tərəfindən törədilən qanlı cinayətlərdən danışıb. Bildirib ki, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.
İnstitutun Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb və bu faciə haqqında gənc nəslin davamlı maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Xocalı faciəsinə həsr edilən videoçarx nümayiş olunub.
Tehsil-press.az