BDU-nun Jurnalistika fakültəsində Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub

BDU-nun Jurnalistika fakültəsində Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a fakültədən məlumat verilib. Bildirilib ki, tədbirdə fakültənin dekan müavini Samir Mirzəyev Xocalı faciəsinin dəhşətlərindən danışıb, ermənilərin törətdiyi bu soyqırımının insanlığa qarşı vəhşilik olduğunu vurğulayıb. O, tarixə qanlı faciə kimi daxil olan Xocalı soyqırımının qan yaddaşımızda silinməz izlər qoyduğunu deyib.
Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalının büsbütün dağıdıldığını, 613 nəfərin qanına qəltan edildiyini bildirib.
Sonra I kurs tələbələri Sevinc İsmayılova və Aydan Rəsulzadənin Xocalı soyqırımı ilə bağlı videoçarxları nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər