“Apple” şirkəti proqram tərtibatçılarının illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) çərçivəsində “Mac” kompüterləri üçün yeni əməliyyat sisteminin "Sierra” adlanacağını açıqlayıb.
Tehsil-press.az ictnews.az-a istinadən xəbər verir ki, “Apple” kompüterləri üçün yeni əməliyyat sistemlərinin adı stilistik baxımdan digər qurğuların əməliyyat sistemlərinin adından fərqləndiyinə görə, o bu gündən etibarən “macOS” adlanacaq.
Qeyd olunur ki, yeni əməliyyat sistemində bir neçə yenilik də olacaq. Belə ki, bundan sonra istifadəçi əl altında olan “iPhone” smartfonundakı şəxsi hesabından yararlanaraq parolu daxil etmədən kompüter və ya noutbukdan istifadə edə biləcək.
Bundan başqa, köhnə sənədlər avtomatik “iCloud Storage” əlavəsinə göndəriləcək, kompüter ekranında istifadə edilməyən fayllar "iPhone” ilə sinxronlaşdırılacaq.
Həmçinin konfrans çərçivəsində onuncu nəsil “Apple” mobil əməliyyat sistemi (iOS 10) təqdim olunub. Sistemə bir neçə yeniliklər edilib. Belə ki, qurğunun “iOS 10” əsasında işləyən ekran bloklaması smartfonu stoldan götürən zaman avtomatik yanır. “3D Touch” funksiyası sayəsində sistem müvafiq bildirişləri basmaqla birbaşa ekranda müxtəlif proqramları işə salmağa imkan verir.
“Siri” səsli mobil köməkçisindən kənar proqram tərtibatçılarının istifadə edə bilməsi də platformanın funksionallığını xeyli genişləndirir. “Siri”nin yeni imkanları kimi “Apple” nümayəndələri “WeChat” messenceri ilə məlumatın göndərilməsini nümayiş etdiriblər.
Həm “macOS”-dan, həm də mobil sistemin proqram tərtibatçıları üçün yeni versiyasından iyunun 13-dən etibarən istifadə mümkün olacaq. “macOS”-un ümumi beta versiyasının iyulda, final versiyasının sentyabrda təqdim olunması nəzərdə tutulur. "iOS 10” əməliyyat sistemini “iPhone 5” modelindən başlayaraq “Apple” şirkətinin bütün smartfonları dəstəkləyəcək.
Tehsil-press.az