Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində növbəti danışıqlar Cenevrədə iyulun 21-22-də keçiriləcək. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, əlavə edib ki, ikitərəfli danışıqların aparılması üçün Norveç, Rusiya və Səudiyyə Ərəbistanından təkliflər alınıb: "Bu siyahının genişlənəcəyi istisna edilmir".
Tehsil-press.az
Tehsil-press.az