Prezident İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Prezident təqaüdünə layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) da tələbələri var.
Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.
Builki müsabiqənin nəticələrinə əsasən 438 nəfər Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Dövlət İdarəçilik Akademiyasında təhsil alacaq Prezident təqaüdçülərinin say nisbəti səmərəliliyinə nəzər salsaq görərik ki, onlar ölkə üzrə ümumi qəbul olan tələbələrin say nisbəti ilə müqayisədə 0,8%, Prezident təqaüdünə layiq görülən 102 nəfərin say nisbəti ilə müqayisədə isə 5,9 %-i təşkil edir. Bu statistika əsasən DİA-ya qəbul olunan Prezident təqaüdçülərinin say nisbəti səmərəlilik göstəricisini 6 dəfə üstələyir. Prezident təqaüdünə layiq görülən 102 tələbənin 6 nəfəri DİA-nın hüquqşünaslıq ixtisasında təhsil alacaqlar.
Tehsil-press.az