Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində “Səriştə əsaslı idarəetmə” mövzusunda təlim keçirilib.
Dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndinin “Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi” hissəsində öz əksini tapıb.
Təlimin təşkil edilməsində əsas məqsəd sözügedən strategiyanın həyata keçirilməsi üçün düzgün alətlərin seçilməsi və səriştə modeli barədə əcnəbi ekspertlərin təcrübələrinin paylaşılması olub. Təlim SIGMA-nın eksperti Kaido Pabusk, Estoniyanın Dövlət Qulluğu Mərkəzinin rəhbəri Eve Limbak Pirn, İrlandiyanın İctimai Təyinatlar Xidmətinin Korporativ Xidmətlər üzrə rəhbəri Padreyk Lav tərəfindən aparılıb.
Təlimin ilk günündə ekspertlər səriştə və səriştə modelləri, onların zəif və üstün tərəfləri, səriştə əsaslı idarəetmədə yeni trendlər haqqında ilkin nəzəri məlumat verib, o cümlədən səriştələrin tərtib olunması ilə bağlı iştirakçıları praktik işə cəlb ediblər. Mövzu çərçivəsində İrlandiya və Estoniyaya aid nümunələr iştirakçıların nəzərinə çatdırılıb.
Növbəti gün iştirakçılara səriştənin qiymətləndirilməsi, səriştə əsaslı inkişaf və bu sahədə qabaqcıl təcrübə haqqında geniş məlumat verilib. Sonra səriştə əsaslı idarəetmənin Azərbaycan Respublikasının dövlət qulluğunda tətbiqi yolları və bu istiqamətdə atıla biləcək addımlar haqqında müzakirələr aparılıb.

DİM-in Mətbuat Xidməti