Böyük Britaniyanın Oksford şəhərində Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və böyük verilənlər” mövzusunda 44-cü illik konfransı keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti həmin konfransda iştirak edib.
Konfransın davam etdiyi müddətdə çoxlu sayda maraqlı məruzələr və təqdimatlar dinlənilib, aktual məsələlər ətrafında müxtəlif ölkələri təmsil edən təhsil və qiymətləndirmə sahəsi üzrə peşəkar mütəxəssislər fikir və təcrübə mübadiləsi aparıblar. Nümayəndə heyətimizin üzvləri konfrans çərçivəsində keçirilən bütün tədbirlərdə fəallıq nümayiş etdirib, bölmə iclaslarında müzakirə olunan məsələlər ətrafında fikirlərini iştirakçılarla bölüşüblər.
Konfransda, həmçinin mərkəzin əməkdaşları Natiq Əliyev, Məhəbbət Əkbərli, Aynur Bayramlı və Elmir Şirinovun hazırladıqları “ Azərbaycan Respublikasında magistraturaya qəbul” mövzusunda məruzə təqdim olunub. Təqdimatda ölkəmizdə magistraturaya qəbul imtahanı modeli, imtahanın mərhələləri, imtahanlarda tətbiq edilən müxtəlif növlü yoxlama-ölçmə materialları, xüsusilə də qəbul imtahanları zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması proseduru geniş işıqlandırılıb. Təqdimat bölmə iclasının iştirakçıları tərəfindən maraqla qarşılanıb, onları maraqlandıran suallar M.Əkbərli və E.Şirinov tərəfindən cavablandırılıb.
Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi tərəfindən keçirilən builki tədbirdə “Təhsilin qiymətləndirməsində böyük və kiçik verilənlərin (Big Data) istifadəsi”, “Böyük verilənlər əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti, dünya praktikasından nümunələr”, “Böyük verilənlər – qiymətləndirmədə yeni üsullar, tədqiqatlar, araşdırmalar və çağırışlar”, “Böyük verilənlər – mövcud qiymətləndirmə prosesləri və imkanları”, “Böyük verilənlər – validlik və relevantlıq məsələləri”, “Böyük verilənlər – qiymətləndirmə zamanı əldə edilən tərəqqi və nailiyyətlər, problemlər və həllini gözləyən məsələlər” mövzuları üzrə təqdimatlar olub.
Konfransa İngiltərə, Amerika Birləşmiş Ştatları, İsrail, Çin, Sinqapur, Norveç, Qazaxıstan və digər ölkələrdən nümayəndələr qatılıblar.
Konfransın bağlanışı zamanı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri IAEA-nın 2019-cu il sentyabrın 22-dən 27-dək Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək növbəti – 45-ci illik konfransının təqdimatını ediblər. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, altmövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan və s. haqqında iştirakçılara məlumat verilib, videoçarx nümayiş olunub. DİM-in sektor müdiri Vəli Hüseyn çıxış edərək 44-cü konfransın təşkilatçılarına minnətdarlığını bildirib, konfrans iştirakçılarını Bakıda keçiriləcək növbəti illik konfransa dəvət edib.
IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar keçirir.
Xatırladaq ki, DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. Növbəti illik konfransın da yüksək səviyyədə keçiriləcəyini qətiyyətlə söyləmək olar.
Mətbuat Xidməti