Qadınlar kişilərə nisbətən daha səbirlidirlər -Smartfon mövzusunda

Qadınlar kişilərə nisbətən daha səbirlidirlər -Smartfon mövzusunda Almaniya alimləri qeyri-adi eksperiment vasitəsilə müasir insanın telefonsuz nə qədər davam gətirəcəyini aydınlaşdırmaq qərarına gəliblər.

Tehsil-press.az xəbər verir ki, nəticə gözlənilməz olub. Eksperiment iştirakçılarını gender tipi üzrə ayıraraq, 10 dəqiqə müddətinə boş otaqlarda yerləşdiriblər. Onlara gözləmək tapşırığı verilib. Könüllülər əmin idilər ki, təqribən 3 dəqiqə ərzində telefonsuz keçinə bilərlər. Amma artıq eksperimentin orta hesabla 40-cı saniyəsində iştirakçıların hamısı smartfonlarını çıxarıblar. Kişi iştirakçılar təqribən 21-ci saniyədə, qadın iştirakçılar isə 57-ci saniyədə telefonlarına əl atmağa başlayıblar.
Buradan belə nəticə çıxır ki, qadınlar kişilərə nisbətən daha səbirlidirlər. Alimlər müəyyən ediblər ki, otaqlarda gözləmə rejimində olan iştirakçılar vaxtlarının yarısını telefonlarına həsr ediblər.


Tehsil-press.az

Oxşar xəbərlər