Ermənistan hökuməti könüllü qadınları Azərbaycana qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün səfərbər edir. Virtualaz.org xəbər verir ki, bu barədə Tiqran Petrosyanın Almaniyanın «Tageszeitung» qəzetində dərc olunmuş məqaləsində deyilir.
Məlum olub ki, Ermənistanın paytaxtı Yerevanda 18 yaşından 30 yaşına kimi 170 könüllü üçün kurslar açılıb və bura cəlb olunanların əksəriyyəti qızlardır. Jurnalist yazır: «Kurların rəhbəri və məşqçi Vova Vardanov bildirir ki, qadınlar da vuruşmalıdır və səbəb kimi ölkə əhalisinin sayının azalmasını göstərir».
Dağlıq Qarabağdakı müharibənin veteranı olan 50 yaşlı Vardanov özü Ermənistanda İsveçrə və İsrail modelinin tətbiqinin tərəfdarıdır ki, bu halda qadınlar orduda qulluq etməyə borcludurlar. «Etiraf etməliyik ki, Azərbaycan Ermənistana nisbətən daha müasir silahlara malikdir. Bizdə olan isə sovet ordusundan qalanlardır», - orduda islahatları dəstəkləyən Vardanov fikirlərinə davam edir.
Sonra isə, erməni tərəfindən hərbçilər qaçılmaz olaraq döyüş meydanında məhv olanda və bunların arasında qadınlara rast gəlinəndə Yerevandakılar bütün dünyaya car çəkəcəklər ki, azərbaycanlılar qadınlarla döyüşür.
tehsil-press.az