Azərbaycan gimnastları Qazaxıstanın Pavlodar şəhərində 25-27 iyun tarixlərində keçirilən “İrtışskiye Zorı” adlı beynəlxalq turnirdə akrobatika gimnastikası üzrə yarışlarda uğurla çıxış ediblər. Bu barədə Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir.
12-18 yaş qrupunda çıxış edən qarışıq cütlük Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticəni göstərərək, fəxri kürsünün yüksək pilləsinə yüksəlib. Azərbaycanın digər qarışıq cütlüyü, 13-19 yaş kateqoriyasında yarışan Nurcan Cabbarlı və Ağasif Rəhimov isə 2-ci yerdə qərarlaşıblar. Böyüklər arasında çıxış edən kişi cütlüyü Seymur Cəfərov və Murad Əkbərov da bu yarışlarda 2-ci yerlə kifayətləniblər.
Tehsil-press.az