“Texnikabank”ın Bakı filialının keçmiş rəhbərinin atası saytları məhkəməyə verdi

“Texnikabank”ın Bakı filialının keçmiş rəhbərinin atası saytları məhkəməyə verdi “Texnikabank” ASC-nin Bakı filialının rəhbəri Zal Yusifovun atası Zakir Yusifov “publika.az”, “axar.az” və “teleqraf.com” saytlarını məhkəməyə verib. Saytlarda dərc olunan məqalələrdə şərəf və ləyaqətinin alçaldılmasına görə ona dəyən mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə çıxış edən şikayətçi cavabdehlərdən 380 min manat məbləğində kompensasiya tutulması və təkzibin verilməsi üçün məhkəmədən qətnamə çıxarılmasını istəyib.

Bu barədə tehsil-press.az saytına Zakir Yusifov özü məlumat verib. O bildirib ki, Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə tərəflərin izahatları dinlənilib, iş materialları araşdırılıb və bildirilib ki, vəsatət təmin edilməli, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması və xüsusi bilik tələb olunan sualları izah etmək üçün mülki iş üzrə məhkəmə-linqvistik ekspertiza təyin olunmalıdır:
“Məhkəmə MPM-nin 97-98, 256, 258 və 263-264-cü maddələrini rəhbər tutaraq qərara alıb ki, mənim cavabdehlər “publika.az”, “axar.az”, “teleqraf.com” saytlarına qarşı mənəvi zərərin ödənilməsi və təkzibin verilməsi tələbimə dair mülki iş üzrə məhkəmə-linqvistik ekspertiza təyin edilsin. Orada qeyd olunur ki, iş üzrə məhkəmə-linqvistik ekspertiza təyin edilməli, ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmalıdır”.
Z.Yusifovun sözlərinə görə, ekspertiza qarşısında bu sual qoyulub ki, “publika.az” “axar.az”, “teleqraf.com” saytlarında müxtəlif vaxtlarda “Kəndxuda, biznesmen məmur və oğru”, “Dələduz bankirin atası da dələduzluq edir”, “Cinayətkar bankirin ahıl atası Ali Məhkəməni udur” sərlövhəli məqalələrdə onun şərəf və ləyaqətimi ləkələyən məlumatların olub-olmaması araşdırılsın.
Z.Yusifovun sözlərinə görə, ekspertizanın keçirilməsi üçün bir ay müddət müəyyən edilsə də, bu saytlarda gedən məqalələri sifariş edən Aynur Quliyeva tərəfindən məhkəmənin hakiminə təzyiq olunur və ondan çəkindiklərinə görə, bu iş uzadılır.


Tehsil-press.az

Oxşar xəbərlər