Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 22-də Çin Respublikasının baramaçılıqla məşğul olan qabaqcıl şirkəti “Shandong Guangtong Silkworm”un rəhbərini və nümayəndəsini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, şirkətin rəhbəri Fanq Deuen istehsal fəaliyyətləri barədə geniş təqdimatla çıxış edib. Şirkət rəhbəri “Shandong Guangtong Silkworm” şirkətinin baramaçılıq rayonlarında ipəkqurdunun yem bazasının bərpası və kümçülərin yüksək keyfiyyətli tut (çəkil) tingləri ilə təchiz edilməsinin yaxşılaşdırılması məqsədilə 15 iyul tarixində elan olunmuş açıq tenderə qatıldığını bildirib.
Görüşdə Azərbaycanda müasir texnologiyalar əsasında tut tingləri, eləcə də tut ipəkqurdu toxumlarının istehsalının təşkili üzrə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir H.Əsədov yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələr barədə qonaqları məlumatlandırıb. Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanda ipəkçiliyin inkişafının yenidən vüsət alması ilə bağlı xüsusi tapşırıqlarının içərisində ipəkçiliyin müasir infrastrukturunun yaradılması, o cümlədən də tut sahələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, çinli qonaqlara bu istiqamətdə indiyədək görülmüş işlər barədə məlumat verib.
Tehsil-press.az