Tanınmış insanların hobbiləri

Tanınmış insanların hobbiləri Bizim hər birimizin diqqətini cəlb edən məşğuliyyətlərimiz, sevdiyimiz əməllər, bir sözlə, hobbilərimiz var. Həmin hobbilər insanların xarakterindən və maraq dairəsindən xəbər verir. Hobbilər eyni zamanda insanın iç sünyasının və zövqünündə meyarıdır. Bu cəhətdən zənnimcə, müxtəlif sənət sahələrində çalışan sənət adamlarının, eləcə də tanınmış idmançıların hobbilərini bilmək oxucular üçün maraqlıdır. Beləliklə, tanınmış insanların hobbiləri barədə.

Dünya şöhrətli yazıçı Çingiz Abdullayevin ən böyük hobbisi peşəsinə uyğun gələn mütaliə, kitab oxumaqdır.
Tanınmış insanların hobbiləri
“Min il ömrüm olsaydı, onun düz 500 ilini oxumağa, mütaliəyə sərf edərdim”, - söyləyir tanınmış ziyalılarımız. Yazıçının bir hobbisi də özünün dediyi kimi dünyanı, Yer kürrəsini qarış-qarış gəzib dolaşmaqdır. Boks və atıçılıqla məşğul olmaq isə hörmətli yazıçının hələ gənclik illərindən ən çox sevdiyi məşğuliyyət növü olub. Şübhəsizdir ki, dünyanın ən məşhur və məhsuldar yazılarından olan Çingiz Abdullayevin zəngin yaradıcılığına həmin məşğuliyyətlər implus verir.

Ömrünün düz 31 ilini sənətə - Azərbaycan incəsənətinin inkişafına həsr edən, zəngin musiqimizi Yer üzünə oymaq-oymaq yayan görkəmli xanəndə, improvizator sənətkar, xalq artisti Alim Qasımovun hobbisi əsasən idmanla məşğul olmaqdır.
Tanınmış insanların hobbiləri
Belə ki, hələ gənclik illərində idmanın boks və güləş növünə könül verib, bu sahədə müəyyən uğurlar da qazanıb. Amma incəsənətə ömrlük bağlanan ünlü sənətkara məhz xanəndəlik dünya şöhrəti qazandırmışdır. Hazırda əvəzsiz muğam ustası qaçışla məşğul olur.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Ağacan Abiyevin ən böyük hobbisi rəsm çəkməkdir.
Tanınmış insanların hobbiləri
Boş vaxtının çox hissəsini təbiətin qoynuna çəkilib molbert arxasına keçən tanınmış idmançı akvarel və yağlı boya ilə peyzaj və rəngarəng təbiət mənzərələri çəkməkdən əsla yorulmur.
Tanınmış insanların hobbiləri
Olimpiya və ikiqat dünya Fərid Mansurovun ən böyük hobbisi tüfəng çiynində ova çıxmaq və balıq tutmaqdır. Özünün dediyi kimi, hər iki hobbidə bəxti kifayət qədər gətirir. Belə ki evə əliboş qayıtmır. İdmançı dünya şöhrətli yazıçı Çingiz Abdullayevin dedektiv janrda yazdığı əsərlərinin məftunudur. Yazıçının hər bir yeni əsərinin işıq üzü görməsini böyük səbirsizliklə gözləyir. Bu da yazıçı ilə idmançının sıx dostluğuna səbəb olur.

Kikboksinq Federasiyasının prezidenti, millət vəkili və idman ustası Adil Əliyevin ən böyük hobbisi idmanla məşğul olmaqdır. Nərd taxtalarının kolleksiyasını yığmaq həvəsi gənclik illərinə gedib çıxır. Belə ki, Kikboksinq Federasiyasının prezidenti vaxtilə 200-ə yaxın nərd taxtası toplayıbə
Tanınmış insanların hobbiləri

Tehsil-press.az

Oxşar xəbərlər