SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində 6 ixtisas üzrə, avqustun 5-də isə Kadr hazırlığının təşkili Mərkəzində 2 ixtisas üzrə yekun buraxılış imtahanları keçirilib.
Bu barədə Tehsil-press.az SOCAR-ın saytına istinasdən xəbər verir.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmiş, gənclərə uğurlar arzulayıb. TTSİ və İnsan Resursları Departamentindən, eləcə də şagirdlərin istehsalat təcrübəsində olduqları müəssisələrdən dəvət olunmuş nümayəndələrin iştirakı ilə keçirilən imtahanlar zamanı sənaye müəssisələri üçün mühüm peşələrdən olan 8 ixtisas və 10 qrup üzrə təhsil almış 117 nəfər gənc imtahan komissiyası qarşısında öz praktiki bacarıqlarını nümayiş etdirib.
Ötən il keçirilmiş qəbul imtahanlarında uğur əldə etmiş 28 nəfər KHTM-də 2 qrupda - “Qaz qaynaqçısı” və “Çilingər santexnik” ixtisasları üzrə, 89 nəfər isə QRTM-də 8 qrupda -“Əl ilə qaynaqda elektrik qaynaqçısı”, “Karotaj stansiyasının maşinisti”, “Polad dəmir kostruksiyaların quraşdırılması üzrə quraşdırıcı”, “Qazma qurğusunun maşinisti”, “Təmirçi çilingər” və “Texnoloji qurğuların operatoru” ixtisasları üzrə nəzəri və praktiki dərslərə cəlb olunmuşdu.
Tehsil-press.az