Oyun asılılığından necə qurtulmaq olar?

Oyun asılılığından necə qurtulmaq olar? Artıq həyatımız telefonlar, planşetlər və kompyuterlərlə təchiz olunmuşdur. Demək olar ki, bütün uşaqların özünə məxsus mobil telefonları vardır. Uşaqların texnologiya ilə iç-içə olmasının müsbət cəhətləri də vardır, amma mənfi cəhətləri olduqca çoxdur. Mənfi cəhətlərin ən başında isə, oyun asılılığı durur. Valideynlərin bir çoxunu narahat edən mövzulardan biri olan oyun asılılığı uşaqların məktəb həyatına və gündəlik fəaliyyətlərinə olduqca mane olur. Bu asılıq daha çox içinə qapanıq və utancaq uşaqlarda müşahidə olunur. Ən riskli dönəm isə, 10-17 yaş arasıdır.
Həyatda rədd edilən və ya rədd edilməkdən qorxan, ünsiyyət problemi olan uşaqlar da oyunlarla özlərini sakitləşdirirlər.
Bəs görəsən valideynlər nə etməlidirlər?
İlk olaraq bunu qeyd etmək lazımdır ki, uşaqların əlindən oyunları almaq məsələni həll etmir, əksinə daha da qabardır. Bu səbəbdən də, valideynlər səbirli olmalıdırlar və uşaqlar üçün başqa məşğuliyyətlər tapmalıdırlar. Onları idmana və ya bədii bir fəaliyyətə yönəltməlidirlər. Əgər bu vasitələr də kömək etmirsə, o zaman psixoterapevt yardımına müraciət etmələri şərtdir.


Tehsil-press.az

Oxşar xəbərlər