Olimpiadanın on ikinci günündə yeddi Azərbaycan idmançısı yarışacaq.
Avqustun 17-i Azərbaycan qadın sərbəst güləşciləri Mariya Stadnik (-48 kq), Yuliya Ratkeviç (-58 kq) , canoeçi Valentin Demyanenko (bir nəfərlik kanoe sprint, 200 m), atlet Hayle İbrahimov (5000 m məsafəyə qaçışda), taekvondoçu Patimat Abakarova (-49 kq) yarışlara qatılacaqlar.
Azərbaycan canoeçisi İnna Osipenko-Radomska bir nəfərlik qayıq, 500 m (sprint) üzrə yarışlarda iştrak edəcək.
Həmçinin boksçu Elvin Məmişzadə (-52 kq) yarımfinala vəsiqə qazanmaq üçün rinqə çıxacaq.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay
Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.
Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).
Tehsil-press.az