Yaxın 3 gün hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Yaxın 3 gün hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Sabah avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az verilən məlumata görə, avqustun 20-də şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 20-30 % təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüzlər isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət görülmür.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər