Taekvondoçumuz Fəridə Əzizova 1/4 finala vəsiqə qazandı

Taekvondoçumuz Fəridə Əzizova 1/4 finala vəsiqə qazandı Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova ilk görüşünə çıxıb.

67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova 1/8 finalda ABŞ-dan olan Peyc Makfersonla üz-üzə gəlib. İlk hissədə 21 yaşlı idmançı hesabı açsa da, rəqibi 3 xalla önə keçib. İkinci hissədə tərəflər hərəyə 1 xal qazanıblar. Son hissədə isə daha fəal təsir bağışlayan F.Əzizova rəqibinə 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 1/4 finalda taekvondoçumuzun rəqibi Nigora Tursunkulova (Özbəkistan) olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər