Ağdaşda tarixi abidədə yanğın

Ağdaşda tarixi abidədə yanğın Ağdaş şəhərində 19 əsrdə tikilmiş, ümumi sahəsi 1690 kv. metr olan “Qarabəy karvansarayı” tarixi abidəsinin yaşayış hissəsində yanğın olub.

Tehsil-press.az-ın məlumatına görə, rayon sakini, 1971-ci il təvəllüdlü Fərrux Qurbanova məxsus, sahəsi 28 kvadratmetr olan bir otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün FHN-nin iki yanğınsöndürən avtomobili cəlb olunub. Hadisə zamanı ev, içərisində olan əşyalarla birlikdə yanıb. Ev sahibinin qızı-2011-ci il təvəllüdlü Şəfiqə Qurbanova tüstüdən boğularaq dünyasını dəyişib.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Yanğının genişlənməsinin qarşısı alınıb və tarixi abidə yanğından mühafizə edilib. Qeyd edək ki, binada ona yaxın ticarət və iaşə obyektləri fəaliyyət göstərir.


Tehsil-press.az

Oxşar xəbərlər