Ərdoğan Aİ rəhbərləri ilə vizanın ləğvini müzakirə edib

Ərdoğan Aİ rəhbərləri ilə vizanın ləğvini müzakirə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İtaliyanın Baş naziri Matteo Rentsi ilə dördtərəfli formatda görüş keçirib.

Tehsil-press.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçıları görüşdə Türkiyə vətəndaşları üçün Aİ-yə vizaların ləğvi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər. Müzakirələrdən sonra R.T.Ərdoğan və F.Olland ikitərəfli görüş keçirib.


Tehsil-press.az

Oxşar xəbərlər