İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib

İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş zirvələrdə olub və əsgərləri ilə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna "Yasin" oxunub. Daha sonra aprel döyüşlərində iştirak edən əsgərlər və zabitlər bu döyüşlərlə bağlı xatirələri bölüşüblər. El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar.


İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilibİşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilibİşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib

Tehsil-press.az

Oxşar xəbərlər