Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox azalıb

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox azalıb Bakı Fond Birjasının dövriyyəsində kəskin azalma müşahidə olunub.

Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2,942,895,811.59 manat təşkil edib.
Tehsil-press.az-ın BFB-yə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 7,341,295,511.74 manat (2,5 dəfə çox) olub.
Bu ilin 8 ayı ərzində dövlət qiymətli kağızlar bazarı 18,3 dəfə artaraq 19 156 674,15 manatdan 350 597 317,53 manata çatıb. Pay bazarı isə 5,6 dəfə azalaraq 148 003 802,15 manatdan 26 580 746,42 manata, borc alətləri bazarı 31,3 dəfə azalaraq 1 520 309 886,46 manatdan 48 632 634,68 manata enib.


Tehsil-press.az

Oxşar xəbərlər