100-dən artıq gənc prokurorluq orqanlarına işə qəbul olunub

100-dən artıq gənc prokurorluq orqanlarına işə qəbul olunub Prokurorluq orqanlarına işə qəbulla əlaqədar Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, müsabiqənin birinci və ikinci mərhələlərində müvəffəqiyyət həddini keçərək üçüncü mərhələdə müsahibəyə buraxılan namizədlərdən 117 gənc hüquqşünasın Baş Prokurorluğun Kollegiyası müsabiqədən keçməsi ilə əlaqədar qərar qəbul edib.
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 09 sentyabr 2016-cı ildən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi,158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə stajor təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.


Tehsil-press.az

Oxşar xəbərlər