Klintonun xəstəliyi bilindi

Klintonun xəstəliyi bilindi Nyu-Yorkda 11 sentyabr 2011-ci ildəki terror hadisəsində faciəli şəkildə həlak olanların anım mərasimi ötən gün tez tərk edən Hillari Klintonunun xəstəliyi müəyyən edilib.

Tehsil-press.az xarici mediaya istinadən xəbər verir ki, xanım Klintonu Nyu-Yorkdakı evində müayinə edən həkim Lisa Bardak yazılı açıqlamasında onun sətəlcəm (pnevmaniya) olduğunu bildirib. Həkimi H.Klintonun evində müalicəyə başladığını deyib.
ABŞ prezidentliyinə Demokrat Partiyasından namizədliyini irəli sürən H.Klintonun seçkilərə iki ay qalmış xəstələnməsi müzakirələrə səbəb olub. Onun rəqibi Donald Trampın seçki kompaniyası üzvləri Klintonun səhhəti baxımdan ABŞ prezidentliyi üçün əlverişsiz prezident olduğunu iddia edirdilər. 2012-ci ildə səhhətində ciddi problem yaşayan Klinton beyin travması keçirmişdi. Həkimlər isə bunu mədə virusu və çoxlu su itkisi ilə əlaqələndirmişdilər.


Tehsil-press.az

Oxşar xəbərlər