Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanın iki bankına və bir şirkətinə təxminən 30 milyon dollar maliyyə yatırmaq imkanlarını müzakirə edir. Bu barədə Tehsil-press.az-a danışıqlarla əlaqəli mənbə bildirib. Mənbə bankların və şirkətin adlarını bildirmədən onu qeyd edib ki, yaxın vaxtlarda müvafiq razılaşmalar imzalanacaq. Mənbə əlavə edib: "Vəsait pambıqçılıq, qida və tekstil sənayesi sahələrinin maliyyələşdirilməsinə yönəldiləcək".
Tehsil-press.az
Tehsil-press.az