Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında möhkəm tərəfdaşlıq münasibətləri var.
Tehsil-press.az-n məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib. Xanım M.Mard ötən gün Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə münasibətlərin bərpası ilə bağlı qərarına da toxunub: "Şadam ki, Milli Məclis Avronest PA-ya qayıtmaqla bağlı məsələni nəzərdən keçirməyə qərar verdi".
Diplomat bir müddət əvvəl Azərbaycanda səfərdə olan Avropa parlamentarilərinin azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını açıq şəkildə bildirdiklərini qeyd edib: "Avropa İttifaqı Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlıdır. Yaxın vaxtlarda bu məsələlərin qanunvericilik səviyyəsində də öz əksini tapacağına ümid edirəm".
M.Mard qeyd edib ki, Azərbaycanla Aİ arasında alt komitələrin işi bərpa edilir. Onun sözlərinə görə, bir neçə gündən sonra onların fəaliyyəti çərçivəsində ilk görüş keçiriləcək: "Biz çox şadıq ki, alt komitələrin vasitəsilə əməkdaşlığı davam etdirə biləcəyik. Oktyabrın ortalarında alt komitələrin ilk iclası baş tutacaq. Hesab edirəm ki, bu, əlaqələrimizin möhkəmləndirilməsi üçün əsas olacaq".
Tehsil-press.az