Rusiya rəhbərliyi izafi döyüş məqsədli plutoniumun zərərsizləşdirilməsi barədə ABŞ-la bağlanmış müqavilənin fəaliyyətini Vaşinqton tərəfindən bir sıra şərtlərə əməl olunduğu təqdirdə bərpa edə bilər. Bu gün Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasının müzakirəsinə təqdim edilmiş qanun layihəsində belə deyilir.
Tehsil-press.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qanun layihəsində müqavilənin fəaliyyətinin Birləşmiş Ştatlar tərəfindən onun bağlanmasından sonra ötmüş dövr ərzində “şəraitin köklü surətdə dəyişməsi”nə gətirib çıxarmış səbəblər aradan qaldırıldıqdan sonra bərpa oluna biləcəyi bildirilir.
Ələlxüsus, ABŞ 1 sentyabr 2000-ci il tarixdən sonra NATO-ya üzv olmuş ölkələrdə hərbi infrastrukturu və hərbi kontingentin sayını ixtisar etməli, “Maqnitski qanunu”nu və Rusiya subyektlərinə, fiziki və hüquqi şəxslərinə qarşı tətbiq edilmiş bütün sanksiyaları aradan qaldırmalı, bu məhdudiyyətlər və Rusiyanın əks tədbirləri üzündən Rusiya Federasiyasına dəymiş zərəri kompensasiya etməli, izafi plutoniumun geridönməz zərərsizləşdirilməsi üçün dəqiq plan təqdim etməlidir. Qeyd olunur ki, müqavilənin fəaliyyətinin bərpası barədə qərarı Rusiya prezidenti şəxsən qəbul edir.
Tehsil-press.az