"Caviar" şirkəti Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə üzərində dövlət başçısının qızılla bəzədilmiş barelyefi olan məhdud sayda Ayfon-7 istehsal edib.
Tehsil-press.az xəbər verir ki, Putinin şərəfinə buraxılmış Ayfon-7-nin bu modeli "Supremo Putin Damascus" adlanır. Telefonun korpusu Dəməşq poladının naxışı və həcmli detallarla bəzədilib. Üzərində Putinin bu fikri qeyd edilib: "Biz bütün çağırışlara cavab verəcəyik! Rusiyanın xeyirinə çalışacağıq".
Telefonun dizaynı monoton titan qammalı və bi-metal, soyuq polad fon və qızıl elementlərlə təqdim edilib. Bu smartfonlar cəmi 64 ədəd istehsal edilib. Telefonun yaddaşı 128 gb və 256 gb-dir. Qiyməti isə 207 min rubldur. Sarı qızılla hazırlanmış modelin qiyməti isə 232 min rubldur. Qeyd edək ki, Putinin ad günü 7 oktyabr tarixindədir.
Tehsil-press.az