Putinin qatıldığı tədbirdə biabırçılıq

Putinin qatıldığı tədbirdə biabırçılıq Soçidə prezident Vladimir Putinin iştirakı ilə Rusiya Silahlı Qüvvələrinin yeni hərbi texnikasının nümayişi keçirilib.

Tehsil-press.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin “Vaz Patriot” avtomobilinin salonuna baxış keçirmək istəyib. Bu zaman Müdafiə Nazirliyi Tank-Avtomatlaşdırma İdarəsinin rəisi, general Aleksandr Şevçenko prezident üçün maşının qapısını açmaq istəyib.
Lakin o, ilk cəhddən qapını aça bilməyib. Buna görə də qapının dəstəyindən bərk yapışıb, elə o anda da dəstək qırılaraq əlində qalıb. Daha sonra mütəxəssislər bildiriblər ki, avtomobil avtomatik olaraq bağlanıb. Onu sadəcə blokdan çıxarmaq lazım imiş.


Putinin qatıldığı tədbirdə biabırçılıq

Tehsil-press.az

Oxşar xəbərlər