Müğənni Nadir Qafarzadənin ifasında sevilən “Maral” mahnısı erməni ifaçılar tərəfindən oğurlanıb.
Tehsil-press.az-n məlumatına görə, erməni müğənnilər Tiqran Asatryan və Andy “Maral” mahnısını erməni dilində oxuyaraq, klip çəkdiriblər. “Tanem-tanem” adlanan bəstə artıq “Youtube” şəbəkəsində xeyli baxış sayı yığıb. N.Qafarzadə məsələ ilə bağlı açıqlama yayıb:
“Açığı bunu indi sizdən eşitdim, indi baxdım, bu bədxahların bizə qarşı etdiyi növbəti təxribatdır. Onlar Azərbaycanın “Sarı gəlin” kimi gözəl əsərini öz adlarına çıxmaq istəyirdilər. Yəni ermənilərdən bu cür şeyləri gözləmək olardı. Hətta bu mahnının şərh hissəsinə də “Maral” yazıblar.
Heç kimə sirr deyil ki, bu mahnı mənim ifamda sevildi və Azərbaycanda izləmə sayına görə rekordları qırdı. Yəni ölkəmizdə heç bir müğənninin mahnısı “Youtube”də “Maral” qədər dinlənilməyib. Bu bir ifaçı kimi məni sevindirir. Ermənilərin mənim oxuduğum mahnını oxumasını isə yaxşı qarşılaya bilməzdim”. Qeyd edək ki, N.Qafarzadə “Maral” mahnısını 2013-ci ildə ifa edib.
Tehsil-press.az