Arıqlama dərmanlarının təhlükəli nəticələri

Arıqlama dərmanlarının təhlükəli nəticələri Arıqlama dərmanları daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaradır.

Bunu Tehsil-press.az Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, bu dərmanlar qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər.
A.Maqsudov əlavə edib ki, bu fəsadlar dərmanlar uzun müddət qəbul edildiyi zaman özünü göstərir: “Bu dərmanları 2-3 gün içdikdə belə fəsadlar vermir, amma ən azı 1 ay, 1 ay yarım içildikdə fəsadlaşma başlayır”.
Həkim qeyd edib ki, arıqlama dərmanlarının fəsad yaratmaması üçün ilk növbədə həkimin təyinatı ilə qəbul edilməli və dərmanı qəbul edən şəxs vaxtaşırı müayinələrdən keçərək sağlamlıq vəziyyətini yoxlatdırmalıdır.


Tehsil-press.az

Oxşar xəbərlər