MİLLİ DƏYƏRLƏRİ YAŞADAQ VƏ TƏBLİĞ EDƏK

MİLLİ DƏYƏRLƏRİ YAŞADAQ VƏ TƏBLİĞ EDƏK Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək diskussiya xarakterli tədbirlərin gənclərdə sağlam təfəkkür, intellkt və dünyagörüşü formalaşdırmaq baxımından əhəmiyyətli olduğunu bildirib.  Rektor vurğulayıb ki, Azərbaycan xalqının mənəvi zənginliyinin, tarix və mədəniyyətimizin qədimliliyinin inikası olan, birliyimizi təcəssüm edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının, xüsusilə də gənclərin müqəddəs borcudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də vurğuladığı kimi, milli dəyərlərimizi unutmamalı, onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanəti olmalıdır. Rektor ziyalı gəncliyi xalqımızın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi dəyərlərə daha həssas münasibət göstərməyə, dünya xalqları arasında təbliğində fəal olmağa çağırıb. Müxtəlif fakültələrin tələbələrinin  iştirak etdiyi tədbirdə Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova, Fəlsəfə və politologiya kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, milli musiqimiz, muğamlarımız, folklorumuz haqqında geniş məlumat veriblər.
Diskussiya şəklində davam edən dəyirmi masada tələbələr Azərbaycan xalqının milli varlığının təzahürü olan milli dəyərlər sisteminin yaşadılması və təbliği ilə bağlı fikirlər səsləndiriblər. Qeyd olunub ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi dəyərlərə biganə münasibət göstərənlərə, mədəni irsimizi, milli zövqümüzü korlayanlara qarşı kəskin mübarizə aparılmalı, milli dəyərlərimizin dünya mədəni irsində yer alması istiqamətində ardıcıl fəaliyyət göstərilməlidir.


MİLLİ DƏYƏRLƏRİ YAŞADAQ VƏ TƏBLİĞ EDƏK

MİLLİ DƏYƏRLƏRİ YAŞADAQ VƏ TƏBLİĞ EDƏK

Tehsil-press.az

Oxşar xəbərlər