Dünya Səhiyyə Təşkilatı: İnternetdə tütün reklamı ilə mübarizə üzrə qlobal plan lazımdır

Dünya Səhiyyə Təşkilatı: İnternetdə tütün reklamı ilə mübarizə üzrə qlobal plan lazımdır Tütün məhsullarının reklamı üçün internetdən istifadə Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərinin tütünlə mübarizə zamanı üzləşdikləri əsas problemlərdən biridir.
Tehsil-press.az BMT-nin saytına istinadla xəbər verir ki, tütünə nəzarət üzrə beynəlxalq görüş ərəfəsində DST-nin mütəxəssisləri ölkələri reklamların tənzimlənməsi sahəsində əməkdaşlığı möhkəmləndirməyə çağırır. Bu problem DST-nin tütünə nəzarət üzrə Çərçivə Konvensiyası tərəflərinin gələn həftə Nyu-Dehlidə keçiriləcək görüşündə müzakirə predmeti olacaq. “Bu gün siz qəhrəmanları siqaret çəkən filmləri internetdən yükləyə bilərsiniz. Normal sosial davranış kimi belə səhnələrin nümayişi tütün məhsullarının reklam bazarının genişləndirilməsi üçün zəmin yaradır”, - deyə Konvensiyanın katibliyindən həkim Vera Silva bəyan edib. Həkimin fikrincə, tütün reklamının sosial şəbəkələrdə daha da genişləndirilməsi gənclərə yeni bazarlar tapmağa imkan verir.
Ekspertlər hesab edirlər ki, tütün istehlakını azaltmaq üçün sosial şəbəkələrdə reklam tənzimlənməsi probleminə qlobal yanaşma planı hazırlamaq lazımdır. Bununla Nyu-Dehlidə DST-nin Çərçivə Konvensiyasına üzv olan 180 dövlətin nümayəndələri məşğul olacaqlar. Onlar həmçinin, qəlyanların və ətirli tütün məhsullarının azaldılması tədbirlərini də nəzərdən keçirəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər