“Bayraq yürüşü” keçiriləcək

“Bayraq yürüşü” keçiriləcək Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT-nin nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.
Nazirlikdən tehsil-press.az-a bildiriblər ki, yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər