Fatimənin sevinc dünyası

Fatimənin sevinc dünyası Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.

Heydər Əliyev


Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara qayğı və diqqət göstərmişdir. Bu gün bu qayğı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uşaqlara göstərdiyi diqqət və qayğı qəbul etdiyi qanun və dövlət proqramlarında öz təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın həyata keçirdiyi layihələr uşaqların təhsil alması, sağlam böyüməsi üçün gözəl şəraitin yaradılmasına hər zaman dəstək olmuşdur. Bu dəstəyin nümunəsi kimi ölkəmizdə fəaliyyət göstərən baxçalarımızı da misal göstərə bilərik. Uşağın məktəbə getməzdən qabaq baxçada tərbiyə alması onun gələcək inkişafında, dünyagörüşündə, təlim-tərbiyəsində böyük rol oynayır. Nümunəvi baxçalardan söz düşəndə Şəki şəhər İcra Hakimiyyəti 2 saylı uşaq baxçasını da misal göstərmək olar.
Baxça 2011-ci ildən Vidadi küçəsi 25 ünvanında fəaliyyət göstərir. Körpələrin evdən sonra isti nəfəs, doğma ocaq bildikləri bu baxça Şəkinin Yuxarıbaş Qoruq ərazisində yerləşir.
Baxçada balalarımız üçün hər cür şərait yaradılıb. Ən əsası odur ki, uşaqlar burda qayğı və diqqətlə əhatə olunublar. Üç qrupda 60 nəfər uşaq tərbiyə alır. Uşaqların tərbiyəsi ilə 9 nəfər tərbiyəçi, 9 nəfər texniki işçi məşğul olur. Baxmaya Şirinzadə Səadət Hikmət qızı rəhbərlik edir. Səadət xanım 1973-cü ildə Şəkidə anadan olub. O, Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun “Məktəbəqədər tərbiyəçi” ixtisası üzrə bitirmişdir. 1991-2011-ci illərdə Şəki şəhər 19 saylı uşaq baxçasında tərbiyəçi işləmiş, sonralar bu baxçaya müdirə təyin olunmuşdur. Səadət xanım işindəki uğurlarına görə dəfələrlə fəxri fərman, diplomlarla təltif olunub.
Səadət xanımın müdirəsi olduğu bu tərbiyə ocağında tərbiyəçilərdən Qədirzadə Səkinə, Hacəbdülhəlimzadə Ülkər, Mustafazadə Vüsal, Məmmədova Ceyhunə, Abdullayeva Könül körpə balaların tərbiyəsi ilə məşğul olur, gözəl uşaqlara isti münasibət, doğmalıq göstərirlər. Baxçaya gedən körpələrdən biri də beş yaşlı Fatimə İsmayıllıdır. Dilimizdə belə bir dəyərli deyim var: “Süfrəninyaraşığı qonaq, evin yaraşığı uşaqdır”. Doğrudan da qəlbi geniş insanlar qonaq üçün darıxır. Elə bir ailə də olmaz ki, övlad arzusunda olmasın, övladı ömrünün mənası bilməsin. Fatimənin də dünyaya gəlişi ata- anası, nənələri, babası, bütün doğmaları üçün toy- bayrama çevrilmişdi. Axı onlar bu şirin gözəl balanın yolunu çoxdan, səbirsizliklə gözləyirdilər.
Fatimənin sevinc dünyası
Fatimə baxçaya yeni qədəm qoysa da, tezliklə gözəl mühitə öyrəşdi. Uşaqlarla ünsiyyət yaratmağa, onlara qaynayıb qarışmağa alışdı. Nənəsi Solmaz xanım, anası Ülviyyə xanım baxçadakı şəraitdən, uşaqlara göstərilən münasibətdən ağız dolusu söhbət açırlar. Solmaz xanım söyləyir: “Fatimə tək övlad olduğundan evdə yalnız öz-özünə oynayırdı. Bizimlə ünsiyyəti zəif idi. Yemək yeməyə iştahası belə yox idi. Baxçaya gedəndən sonra isə hər şey yaxşılığa doğru dəyişdi. Ünsiyyətcil olmağa deyib- gülməyə normal yeməyə başladı. Fatimə bötük qrupda tərbiyə alır. Əliyeva Aygün, İsmayılova Vüsalə Fatimənin tərbiyəçiləridir.
Fatimə burada özünə dostlar da tapıb. Səbinə, Nəzrin, Nuranə, Şamama onun ən yaxın dostlarıdır, baxça onun xoşuna gəlir. Səhər açılan kimi baxçaya tələsir. Tərbiyəçilərini Səadət xanımı görəndə isə başqa uşaqlar kimi o da qabaqlarına qaçıb, boyunlarına sarılır. Bu cür mehribançılıq qarşı tərəfin uşaqlara göstərdikləri gözəl münasibətdən irəli gəlir.
Buna görə də Səadət xanıma, bütün tərbiyəçilərinə öz minnətdarlığımı bildirirəm.
Baxçada müxtəlif bayramlar-“yeni il şənliyi, “Novruz bayramı” keçirilir, vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir. Bu tədbirlər uşaqların milli ruhda tərbiyə olunmalarında böyük rol oynayır. Uşaqların muzeylərə, tarixi abidələrə gəzintiləri də təşkil edilir. Ulu Öndər Heydər Əliyevin ad günü münasibətilə keçirilən “Gül bayramı” şəhər tərbirlərində, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Yay teatrı”nda təşkil olunan bayram tərbirlərində uşaqlar etdikləri rəqslərlə, çıxışlarla fəallıq göstərirlər. Baxçada uşaqların ad günləri də qeyd olunur. Keçirilən ad günləri körpə babaların daha çox maraqlarına səbəb olur. Onlar dostlarının bu şad günündə yaxından iştirak edir, bundan xüsusi zövq alaraq onun sevincinə şərik olurlar. Bu da gözəl bir ənənədir.
Fatimənin sevinc dünyası
Baxçanın müdirəsi Səadət xanım söyləyir: “Körpələrə diqqət, qayğı göstərmək, onları cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirmək bizim ən ümdə vəzifəmizdir. Biz “Uşaqlar bizim gələcəyimizdir” deyən ulu Öndərimiz Heydər Əliyevin idayalarına hər zaman sadiqik. Bu yolda üzərimizə düşən vəzifənin öz dərindən layiqincə gəlməyə çalışırıq. Çünki bu gününü körpələri gələcəyin müəllimləri, həkimləri, alimləridir. Onların hərtərəfli inkişafı üçün valideynlərlə yanaşı biz də məsuliyyət daşıyırıq. Körpə balalarımızı hər zaman gülərüz görmək ən böyük arzumuzdur”.
Çox sağ olun, Səadət xanım. Qəlbinizin isti odundan balaca fidanlarımıza pay ayırdığına, onları doğma balanız qədər sevdiyinizə, işinizin öhdəsindən layiqincə gəldiyinizə görə Fatimənin nənəsi Solmaz xanımın, anası Ülviyə xanım adından sizə və rəhbərlik etdiyiniz baxçanın bütün işçilərinə minnətdarlığımızı bildirir, 5 oktyabr “Müəllim günü” müasibətilə sizləri tərbik edir, qoy körpələrin minnətdarlıq dolu baxışları hər zaman mükafatınız olsun!

Kəmalə Rəhimli
“Qızıl qələm” mükafatçısı


Fatimənin sevinc dünyası
Fatimənin sevinc dünyasıFatimənin sevinc dünyasıFatimənin sevinc dünyasıFatimənin sevinc dünyasıFatimənin sevinc dünyası

Oxşar xəbərlər